​İtaliyada seçkilər yaxınlaşır: ƏN BÖYÜK RİSK...

Baxış sayı:
1981

Martın 4-də İtaliyada keçiriləcək seçkilərin ən böyük riski həmin səsvermənin siyasi qeyri-sabitliyə yol açmasından ibarət olacaq. Bu barədə “Vatican L'Osservatore Romano” qəzetində dərc olunan yazıda bildirilib.
Muxalifət.az xəbər verir ki, məqalədə İtaliya Prezidenti Sergio Mattarella üçün belə bir qeyri-müəyyən müddətin idarə edilməsinin elə də asan olmayacağı vurğulanır. Eyni zamanda, qeyd olunur ki, qeyri-sabitlik, həqiqətən, İtaliyanın yaxın bir neçə ay ərzində qarşılaşa biləcəyi ən böyük riskdir.
Diqqətə çatdırılır ki, seçki qruplarının heç də hamısı böyük səs çoxluğu ilə ölkəni sərbəst idarə etmək iqtidarında deyil.