​İtaliyada qalmaqal: Türkiyə konfransı tərk etdi

Baxış sayı:
5005

Türkiyə İtaliyada keçirilən Liviya konfransını tərk edib.
Bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay danışıb.
“Təəssüf ki, beynəlxalq ictimaiyyət bu sabah həmrəy ola bilmədi. Bəziləri İtaliyanın ev sahibliyindən sui-istifadə edərək prosesə təktərəfli müdaxilə etmişdir. Bəzi ölkələrin prosesi öz mənafeyi üçün zədələməyə çalışdığı müddətdə Liviyada sabitlik yaradıla bilməz. Liviyanın daha çox deyil, daha az xarici müdaxiləyə ehtiyacı var”, - Oqtay bildirib.