İtaliyada bir gündə koronavirusdan 651 nəfər öldü
22-03-2020 21:48
Baxış sayı:
1245
İtaliyada son sutka ərzində koronavirusa yoluxmuş 651 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.