​İtaliya XİN: Qarabağ üçün cəhdlərimizi gücləndirəcəyik

Baxış sayı:
2065

İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək.
Report xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın Xarici İşlər naziri Angelino Alfano deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər.