İtaliya qondarma “erməni soyqırımı”nı tanıdı - QALMAQAL

Baxış sayı:
6478

İtaliya Parlamenti 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" adlı qərar layihəsini müzakirə edib.
 
İtaliyada koalisiya hökumətinin Parlamentə təqdim etdiyi "sözdə erməni soyqırımını rəsmən tanıyır və onu beynəlxalq səviyyədə müdafiə edir" deyə bildirilən qərar layihəsi 382 səs lehinə, 43 nəfər əleyhinə olmaqla qəbul edilib. Yalnız müxalifətdə olan sağçı Forza Italia partiyası etiraz edib.
 
TÜRKİYƏDƏN QINAMA
 
Türkiyənin Xarici İşlər Nazirliyi İtaliya Parlamentinin bu qərarına sərt təpki verib.
Nazirliyin bu qərarı qınayan açıqlamasında, "Bu qərar strateji tərəfdaşımız olan İtaliya ilə ölkəmiz arasındakı tarixi əlaqələrə və çox sıx ticari əməkdaşlığımıza pis təsir göstərəcəyi qaçınılmazdır” deyə bildirilib.
Müxalifət.az