​İt parçalayan 4 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı:
9670

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it dişləyən 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu palataya köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, hazırda uşağın vəziyyəti orta stabildir və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.
Uşağın quduzluq xəstəliyinə yoluxmasının qarşısı alınıb və bunun üçün ona vaksin vurulub. Vaksinlərin vurulması davam etdiriləcək.
Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanağından xəsarət alıb.