​“İt hürər, Afət və Şəbnəm “qalik” sürər” - VİDEO

Baxış sayı:
8515

Samir Cavadzadənin "Onlar yaxşı insan olsaydılar, Azərbaycan musiqisini korlamazdılar" fikri ətrafında qalmaqal səngimək bilmir.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə sənətçiyə cavab verən toy müğənnisi kimi məşhurlaşan Afət Fərmanqızı olub.
O, İnstaqram hesabında video paylaşaraq, özünün Samirdən daha çox tanındığını iddia edib:
"İt əl çəkir, motal əl çəkmir. Afət neçə gündür cavab vermir, İnstaqram sönüb. Bir nəfərin adını çəkmirəm, çünki o da ad çəkməyib. Deyir ki, biz Azərbaycan musiqisini korlayırıq. Əvvəlcə sən Azərbaycan dilində oxumağı öyrən, ingilis dilində bir mahnı ulamısan. O da oxumaq demək deyil. Sənin bu mövzuda söz deməyə haqqın çatmır. Sən və mən gəl, xalqın içərisinə çıxaq, əgər sənin bir mahnının adını bilsələr, onda mən oxumayacam".
Fərmanqızına həmkarı Şəbnəm Tovuzlu da dəstək olub. O, "Bəli, bacı. Motallar bizdən nə istəyir, bilmirəm. Yaxşısı budur ki, biz işimizlə məşğul olaq" deyə, fikir yazıb.
Afət Şəbnəmin rəyini cavabsız qoymayıb.
"İt hürər, Afət və Şəbnəm "qalik" sürər" deyə, müğənni yazıb.
Qeyd edək ki, Samir Cavadzadə saytımıza açıqlamasında bu fikirləri söyləmişdi:
"Neçə vaxtdır ki, bunu demək istəyirəm. "Yaxşı oğlan" meyarı sənət demək deyil. Zənnimcə, bu, belədir.
Birinin sənəti yoxdur, amma hamı deyir ki, "yaxşı insan"dır, "yaxşı qız"dır, "yaxşı oğlan"dır, gəlin onu tənqid etməyək. Bu, düzgün deyil. Onları müdafiə edənlərə demək istəyirəm ki, həmin şəxslər yaxşı insan olsaydılar, Azərbaycan mədəniyyətini, musiqisini korlayıb, bu günə qoymazdılar".