İsveçrəli müsəlman qadınlara 'qalmaqal' qadağa!

Baxış sayı:
5023

İsveçrənin Cenevrə kantonunda referendumda müsəlmanları və hicablı qadınları hədəfə alan dünyəvilik qanunu qəbul edilib.
 
Qeyd edək ki, Cenevrə Kantonunun Böyük Assambleyası ötən il aprelin son həftəsində uzun müddət mübahisə predmeti olan dövlətlər və dinlər arasındakı əlaqələri çərçivəyə salan dünyəvilik qanununu təsdiqləyib.
Müxalifət partiyaları və dəyişikliyə qarşı çıxan qeyri-hökumət təşkilatları qanunu referenduma daşımaq üçün lazım olan  5227 imza yerinə 8 mindən çox imza toplayaraq referenduma götürdülər.
Bu gün Cenevrədə keçirilmiş referendumun qeyri-rəsmi nəticələrinə görə, xalqın 45 faizi dünyəvilik qanununun əleyhinə səs verib.
Respondentlərin 55 faizi qanunvericiliyin qəbul edilməsi üçün səs verib, səsvermədə isə 43 faiz səviyyəsində olub.
Qeyd edildiyi kimi, rəsmi qurumlarda və təşkilatlarda dini simvolların qadağan edilməsi qanunu Müsəlmanları və baş örtülü qadınları hədəf aldığı bildirilir.
Müxalifət.az