İsveçli keşişdən bir yazı: “MÜSƏLMANLIQ NƏ QƏDƏR QORXULUDUR”?

Baxış sayı:
9796

İsveç Kilsə Birliyi Sol Region sədri Ştefan Lindquist-in sosial mediada Müsəlmanlar haqqında yazdığı məqalə rekord paylaşmalarla özünü göstərdi.
 
İsveç Kilsə Birliyi Sol Region sədri Lindquist, sosial media hesabından bölüşdüyü "Müsəlmanlar nə qədər təhlükəlidir” başlıqlı məqaləsində, “Bir Müsəlman, mənə təzə yumurta gətirdi. Digəri xatirimi soruşdu. Başqa biri isə maşınım təmirdə olduğu üçün istədiyim yerə avtomobili ilə apara biləcəyini təklif etdi. Pulu olmayan dostunun evinə daim yemək aparan bir Müsəlman tanıyıram. Müsəlmanlar, həqiqətən də nə qədər təhlükəli və hərəkətverici insanlardır” deyə, yazıb.
 
BİR İSVEÇLİNİN PUL ALMADAN BUNU EDƏCƏYİNƏ İNANMIRAM
 
Məqaləsində Müsəlmanlar ilə İsveçliləri müqayisə edən Lindquist, “Bir İsveçlinin pul almadan birinə yumurta verəcəyinə qətiyyən inanmıram. Hansı İsveçli pulu olmayan dostunun evinə həftələrlə yemək aparır? Müsəlmanlar, doğrudan da çox təhlükəlidir” deyib. Lindquist, məqaləsinə belə davam edib: “Anlaya bilmirəm, amma artıq biz İsveçlilər, gözlərimizi açıb, həqiqətləri görməliyik. Çox nəzakətli və səxavətli Müsəlman dostlarımın olduğunu sezdim. Çoxunun bir İsveçlidə görmədiyim qədər gözəl qəlbləri var. Heç birində nifrət hiss etməmişəm. Məncə insanlarla necə rəftar etdiyimiz çox mühümdür. İnsanları qəbul edib və həyatınıza daxil etsəniz, qarşılığında sevgi görərsiniz. Halbuki biz, gündə bir neçə dəqiqə səsgücləndiricilərdən azan oxunmasını da bu insanlara çox görürük”.
 
MÜSƏLMANLARDA OLAN İNSAN SEVGİSİNİ İSVEÇLİLƏRDƏ GÖRMƏMİŞƏM
 
Məqaləsinin sosial mediada rəğbət və bölgü rekordu qırılmasından sonra “Aftonbaldet” qəzetinə danışan Lindquist, "Müsəlmanların böyük bir hissəsindəki insan sevgisini və mərhəməti İsveçlilərə göstərmək istədim. Məncə, Müsəlmanlara qarşı lazımsız bir qorxu və narahatlıq duyulur” deyib.
Müxalifət.az