​“İSTƏYİRDİM TEZ BÖYÜYƏM, POLİS OLAM...” – Azərbaycanın xanım polisi

Baxış sayı:
13627

“Hər gün atam işdən gələndə onun furajkasını başıma qoyub, kitelinə bürünəndə sevincimin həddi-hüdudu olmurdu. Uşaqlıqda hərə bir arzu ilə yaşayır. Elə istəyirdim ki, mən də tez böyüyüm, atamın xidmət yolunu davam etdirim”.
Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycanın polis xanımlarından biri, Aygül Zalıyeva açıqlama verib.
“Polis olmağın çətinliklərini bilirdim, amma mənim bu peşəyə sevgim tamam başqa idi. Artıq arzuma çatmışam və sevinirəm ki, polis sıralarında xidmət edirəm” – detən A.Zaıliyev vurğulayıb.
Qeyd edək ki, polis ailəsində anadan olan və atasının xidmət etdiyi şərəfli peşə sahəsində çalışan Aygül Zalıyeva 2012-ci ildən daxili işlər orqanlarında xidmət edir. Şabran RPŞ-nin təminat hissəsində polis nəfəri kimi xidmətə başlayan xanım əməkdaş, hal-hazırda həmin şöbənin Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru vəzifəsində çalışır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Xidmətdə rastlaşdığı çətinliklərdən heç vaxt qorxmadığını deyir.

Muxalifet.az