​İstanbulun yeni hava limanından Bakıya ilk reys... - Tarix açıqlandı

Baxış sayı:
4144

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.
Bu barədə trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.
Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.
İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.
Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.
Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.