İstanbulun mərkəzində silahlı soyğun cəhdi

Baxış sayı:
4249

İstanbulun mərkəzində silahlılar avtomobilə hücum edib.

Trend-in məlumatına görə, silahlılarla avtomobildə olanlar arasında atışma qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Hücum edənlər avtomobildə olan 4 kiloqram qızılı ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Hazırda soyğunçuların axtarışları aparılır.