İstanbuldakı təyyarədə xəsarət alanlar arasında azərbaycanlı varmı? - AÇIQLAMA

Baxış sayı:
1462

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olub-olmaması barədə hələlik məlumat yoxdur.

Muxalifet.az xəbər verir ki, bunu report-a Azərbaycannın Türkiyədəki səfirliyindən ikinci katib Mürşüd Məmmədov bildirib.

“Mən İstanbuldakı Baş Konsulluqla və İstanbul Valiliyi ilə də əlaqə saxladım. Hazırkı vəziyyətdə xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat yoxdur”.

Qeyd edək ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində 3 nəfər ölüb, 179 nəfər isə xəsarət alıb. Hadisə zamanı təyyarədə ümumilikdə 184 nəfər olub.