​İstanbulda yürüşün qarşısı alınıb - TAKSİM MEYDANI BAĞLANDI

Baxış sayı:
7030

İstanbulda polis 1 may Əmək bayramı münasibətilə yürüş keçirmək istəyən qrupun qarşısını alıb.
Trend-in məlumatına görə, qrup müxtəlif şüarlar səsləndirərək Taksim meydanına daxil olmağa çalışıb.
Hazırda Taksim meydanı bağlanıb, meydana yalnız turistlərin buraxıldığı bildirilir.
Şəhərdə həmçinin təhlükəsizlik tədbirləri gücləndirilib.