İstanbulda mafiyaların böyük "müharibəsi" - AZƏRBAYCANLILAR SAXLANILDI / VİDEO

Baxış sayı:
2509

İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, əməliyyatda 16 şübhəli şəxs tutulub. 
Əməliyyatlarda saxlanılan 16 şübhəlidən 1-i Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i Azərbaycan vətəndaşıdır.
Saxlanılan şəxslərdən çox sayda silah-sursat aşkarlanıb.
Onlar başqa bir cinayətkar dəstəyə qarşı silahlı hücuma hazırlaşırmış./BAKU.WS