İstanbulda kritik üçlü ZIRVƏ: DETALLAR BƏLLİ OLDU

Baxış sayı:
6277

Türkiyə prezidenti Ərdoğanın ev sahibliyi ilə İstanbulda keçiriləcək sammitdə, Suriya ilə yanaşı, digər regional məsələlərin də müzakirə edilməsi gözlənilir.
 
Suriya məsələsinin müzakirə olunacağı Türkiyə-Rusiya-İran Liderlər Sammitinin 4 apreldə İstanbulda keçirilməsi planlaşdırılır.
Diplomatik mənbələrdən alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək sammitdən bir gün əvvəl də Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) iclasının keçirilməsi nəzərdə tutulur. Putin, ilk olaraq 3 apreldə ÜDİK iclası və sonra liderlər sammitində iştirak edəcək.
Liderlər sammitinin əsas gündəminin Suriya olacağı gözlənilir. İclasda digər regional məsələlərin də müzakirə olunacağı planlaşdırılır.
Müxalifət.az