​İstanbulda İŞİD-in 25 üzvü tutuldu

Türkiyə təhlükəsizlik qüvvələri əməkdaşlarının İstanbulda keçirdikləri əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 25 nəfər tutulub.
 
"Anadolu" agentliyi xəbər verir ki, bu haqda hüquq mühafizə orqanları məlumat yayıb.
İnformasiyaya əsasən, saxlanılanlar xarici ölkə vətəndaşlarıdır. Onlardan 3-ünün qruplaşmaya rəhbərlik edən şəxslərdən olduğu bildirilib.