İstanbulda həyəcan: Bomba partladıldı

Baxış sayı:
7438

Türkiyənin İstanbul şəhərinin Ümraniyə rayonunda bomba həyəcanı yaşanıb.
Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, meşəlik bir sahədə bomba tapılıb. Bombanı ərazidə çalışan təmizlik işçiləri tapıb.
Polis ərazidə təhlükəsizlik tədbirləri görüb. Nəqliyyatın hərəkəti də dayandırılıb. Əraziyə sapyorlar cəlb edilib, daha sonra təhlükəsiz bir şəkildə bomba partladılıb.