İstanbulda altı mərtəbəli binada partlayış: Bina çökdü!

Baxış sayı:
7759

 İstanbul Qartalda Orhantəpə Məhəlləsi Banklar Prospekti Səma küçəsində yerləşən 6 mərtəbəli binada hələ bilinməyən bir səbəblə partlayış baş verib. Partlayışdan sonra bina tamamilə çöküb. Hadisə yerinə çox sayda polis, yanğınsöndürmə və tibb briqadaları sövq edilib. Briqadalar dağıntıda axtarışlar aparır. Hadisə şahidinin iddialarına görə binada 12 ailə yaşayıb. İlk hesablamalara görə, 1 nəfər həyatını itirib.
Müxalifət.az