İstanbul üzərindən aparılan “əməliyyatın” nümunəsi - ARAŞDIRMA

Baxış sayı:
6457

Almaniyanın gündəlik qəzetlərindən “Süddeutsche Zeitung”-da cümə günü İstanbulla əlaqədar bir yazı dərc olunub. Xəbərin başlığı belə idi, "İstanbulun adı İstanbuldur", giriş cümləsi isə "Prezident Ərdoğan niyə ad mübahisəsini tətikləyir?".
 
Haber7 - Taha Dağlı
 
Yazının məzmununda prezident Ərdoğana yönəliki əsassız bir günahlandırma vardı.
Yazıda "CHP namizədi İmamoğlu heç bir zaman Konstantinopol ifadəsini işlətməyib, İstanbul yerinə Konstantinopolun başçısı olacağını söyləmədi, amma Ərdoğan israrla İmamoğlunun mənşəyini müzakirəyə açır" ifadələri yer alıb.
Yazını hazırlayan jurnalist Christiane Schlötzer adlı bir qadındır.
Türkiyəni yaxından izləyir.
Nəyin nə olduğunu çox yaxşı bilən biridir.
İllərdir etdiyi yazılara nəzər salınca, Osman Kavalanı, fərari Can Dündarı, PKK terrorçularını müdafiə edən biri olduğu dərhal müəyyən olur.
Ayrıca 17 dekabr təxribatları zamanı Pensilvanyaya gedib, FETÖ başçısı Gülənlə reportaj hazırlamış bir şəxsdir.
Almaniyada son dövrdə FETÖ ilə ortaq icra edilən dinlər arası dialoq proyektini də dəstəkləyən, FETÖ-nun təbliğatını edən xəbərlərə imza atır.
İndi qayıdaq bu qadın jurnalistin İstanbul yazısına.
Deyir ki, "Ərdoğan İmamoğlunun mənşəyini Konstantinopol üzərindən müzakirəyə açır, halbuki İmamoğlu heç bir zaman Konstantinopol demədi".
Bəli, İmamoğlu "Mən Yunan əslliyəm, İstanbulu Konstantinopola çevirəcəyəm" kimi ifadələr işlətməyib.
Onun yerinə bu sözləri Yunan mediası söyləyib.
Yunan qəzetləri İmamoğlu üçün "Konstantinopolu fəth edən Yunanlı" deyə başlıq atıblar.
Yunan jurnalistlər İmamoğlunun mənşəyinin Pontus olduğunu söyləyib.
O qalib gəlsə, İstanbulun Konstantinopol olacağı xəyallarına qapılan Yunanlar da oldu.
Hətta Erməni lobbisi ANCA belə "İstanbulu yenidən Konstantinopol et" deyə kampaniya başlatdı.
Yunan mediası niyə belə etdi?
Çünki CHP namizədini yaxşı tanıyırlar.
Keçmiş baş nazirləri Papandreuya "vəfa mükafatı" verən, Yunan qatil Makaryosun heykəlini dikən adamın kim olduğunu çox yaxşı bilirlər.
Sonra nə oldu?
Yunan qəzetlərində çıxan bütün bu iddialar CHP namizədinə soruşuldu.
CHP namizədi nə etdi?
Yunanıstanla, Yunanlarla, Konstantinopolla əlaqədar sualların soruşulmasına belə icazə vermədi.
Heç birinə cavab vermədi.
Sualı soruşanları danladı, Yunan qəzetlərində çıxan xəbərləri danışanlara təhqirlər yağdırdı.
Alman jurnalist CHP namizədinin bu etdiklərindən bircə söz belə bəhs etmədi.
Sanki Türkiyədə durduğu yerdə CHP namizədiylə əlaqədar süni bir Konstantinopol gündəmi yaradılırmış kimi prezident Ərdoğanı günahlandırdı. Tam fərqli bir mənzərə ortaya qoydu.
Bunu edərkən CHP namizədini də bir gözəlcə təmizə çıxardı, "İmamoğlu Konstantinopol filan demədi, siz haradan uydurursunuz bunları" havası ilə çox təmiz bir əməliyyat jurnalistikasına imza atdı.
Bu xəbər qəzetdə Almanca dərc olundu.
Türkiyədə Türkcə yayımlanan və hətta BBC, Amerikanın səsi və France 24-lə birlikdə Türkiyədə ortaq nəşrə keçən Alman nəşr orqanı “DW” də bu əməliyyat xəbərini Türkcəyə çevirərək xidmət etdi.
Müxalifət.az