İstanbul polisi 50 nəfəri saxladı - 1 MAYA GÖRƏ

Baxış sayı:
7423

İstanbulda 1 may Əmək bayramı ilə əlaqədar yürüş zamanı iğtişaşlara səsləyən 50 nəfər polis tərəfindən saxlanılıb.
Muxalifət.az xəbər verir ki, saxlanılanlar arasında tələbələr və həmkarlar ittifaqlarının üzvləri var.
Yürüşlə əlaqədar olaraq İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, səhər saatlarında polis yürüş məqsədilə Taksim meydanına daxil olmaq istəyən qrupun qarşısını almışdı.
Hazırda Taksim meydanı bağlanıb, meydana yalnız turistlərin buraxıldığı bildirilir./trend/