İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun mandatı ləğv edildi! Bundan sonra nə olacaq?

Baxış sayı:
4480

Türkiyədə Ali Seçki Komissiyasının üzvləri İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisinin ləğvinə və yenilənməsinə qərar verib. YSK üzvləri AK Partiyanın etirazın şikayətini 4 nəfər əleyhinə, 7 səs lehinə olmaqla qəbul edib.
 
 YSK-nın verdiyi qərarla Əkrəm İmamoğlunun da bələdiyyə sədrliyi mandatı ləğv olunub. Bəs bundan sonra nə olacaq? Ya İstanbul Böyükşəhər Bələdiyyə Məclisi öz içindən sədr seçəcək, ya da Daxili İşlər Nazirliyi idarəetmədə boşluq olmaması üçün sədr təyin edəcək.
Müxalifət.az