İsrailli Yazar: “İsrail bir terror dövlətidir”

Baxış sayı:
1368

Sionist bir ailədə böyüyən və 1967-ci il Ərəb-İsrail müharibəsində İsrail ordusunda vəzifəli bir generalın oğlu olan Qüds doğumlu aktivist- yazar Miko Peled, Bahçeşehir Universitetinin Ankarada keçirdiyi "Bir generalın oğlunun gözündən Qüds" adlı konfransda iştirak edib.
 
Konfransda çıxış edən Peled bunları deyib:
“Dədəm, İsrailin müstəqillik bəyannaməsini imzalayanların arasındadır. Atam, İsrail ordusunda bir generaldır. İsrail 1967-ci ildə Fələstin işğalını başa çatdırıb. Bu gün isə insanlar "işğal altındakı Fələstin torpaqları” deyir. İşğal altında olan Fələstin torpağı var? Bu gün İsrailin bu işğalçı siyasəti hələ də davam edir. Prezident Ərdoğanın dediyi kimi, İsrail bir terror dövlətidir.
İsrailin Ağ Evdə (ABŞ) casusları var. Donald Trampın Qüdsü paytaxt elan etmək qərarının arxasında da bu casuslar vardır. Qüds qərarından sonra, xüsusilə ABŞ-da ⅦMüsəlman dünyasında bu qədər zorakılıq hadisəsi baş verəcək” gözləntiləri yaranmışdı. Ancaq prezident Ərdoğanın liderliyində diplomatik, çox ölçülü və yerində bir reaksiya, bu gözləntiləri boşa çıxardı.
Müxalifət.az