İsrailli nazirdən şok sözlər: İRANIN VARLIĞI MƏHV EDİLMƏLDİR

Baxış sayı:
5164

İsraiin məskunlaşma naziri Yoav Galant, Suriyadakı bütün İran hərbi varlığının məhv edilməsi lazım olduğunu söyləyib.
 
İsrailin Suriyadakı İran hədəflərinə qarşı təcavüzündən sonra təzyiq getdikcə artır. İsrailin məskunlaşma naziri Yoav Galant, İranın Suriyadakı bütün hərbi varlığının məhv edilməsi lazım olduğunu söyləyib.
İranı "imperialist terrorçu dövlət" kimi səciyyələndirən Galant, belə söyləyib:: "İranı Suriyadan çıxarmaq üçün İsrailə bir mkan yaranıb və bu üstünlüyü istifadə etməliyik. Dəmiri ist-st döymək üçün hücum etməli və İranı öz şüşəsinə salmalıyıq".
İsrailli nazir həmçinin ölkəsinin Suriya, İraq, Yəmən və Livanla əhatə olunduğunu və İsrail ilə Ərəb ölkələri arasında yeni bir müharibə çıxarmağa çalışıldığını iddia edib.

Müxalifət.az