İsrailli jurnalistdən “TÜRKİYƏNİ ÇÖKDÜRÜN” ÇAĞIRIŞI

Baxış sayı:
4945

İsrail, Ərdoğanın Netanyahuya terrorçu deməsindən sonra əməlli-başlı çılğına dönüb. Dünya ictimaiyyətində Türkiyənin dəvətilə İsrailə qarşı mövqelər sərtləşirkən, İsrail də media vasitəsilə Türkiyəyə hücum etməyə başlayıb. “The Jerusalem Post”da çıxan yazıda, Türkiyənin Amerika, AB və NATO tərəfindən cəzalandırılması istənilib. Eyni yazıda Türkiyənin İsrailin bölgədəki mənfəətlərinə uyğun hərəkət etmədiyi vurğulanıb.
 
Terror təşkilatlarına qarşı başlanılan “Zeytun Budağı” Hərəkatı ilə Suriyadakı daşları yerindən tərpədən Türkiyə, İsrailin hədəfi halına gəlib.
Fələstinlilərin öldürülməsindən sonra Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin baş naziri Binyamin Netanyahuya "terrorçu" deməsi ölkə mediasını əməlli-başlı hiddətləndirib.
Ölkədə nəşr edilən “The Jerusalem Post” qəzetində Yaakov Katzın imzası ilə çıxan yazıda, açıq şəkildə Türkiyə hədəf göstərilib.
 
TÜRKİYƏYƏ MANE OLUN
 
Türkiyənin bölgədəki həmlələrinin maraqlarına uyğun olmadığını ifadə edən Katz, bu vəziyyətin qarşısının alınmasının lazım olduğunu qeyd edib.
 
AMERİKA-AB-NATO
 
“NATO-nun müttəfiqi olan Türkiyə, Ərdoğanın rəhbərliyi altında ABŞ-dan hərbi dəstək alır" deyən İsrailli jurnalist, bu yardımların dayandırımasını istəyib.
Amerikanın hərbi dəstəyinin kəsilməsinin yetərli olmayacağını ifadə edən Katz, Avropa Birliyinin bir an əvvəl Türkiyə ilə müzakirələri sona çatdırmasını, NATO-nun da Türkiyəni üzvlükdən çıxarmasının lazım olduğunu söyləyib.
 
“TÜRKİYƏNİ ÇÖKDÜRÜN”
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da açıq bir şəkildə hədəf alındığı yazının davamında, bu sanksiyalarla Türkiyənin çökdürüləcəyi qeyd olunub.
Müxalifət.az