İsraillə “Həmas” arasındakı atəşkəsin pərdə arxası!

Baxış sayı:
5059

İsrailin Qəzza Zolağına hücumları davam edərkən dünən varılan atəşkəsin səbəbi Təl-Əvivdə keçiriləcək olan Eurovision mahnı müsabiqəsi olduğu iddia edilib.
 
İsrail paytaxt Təl-Əvivdə keçiriləcək Evrovision səs müsabiqəsinin münaqişələrdən əziyyət çəkməməsi məqsədilə süni atəşkəsə razı olub. Qəzza Zolağında dünən varılan atəşkəsin səbəbinin Təl-Əvivdə keçiriləcək Eurovision yarışması olduğu iddia edilib.
 
Eurovizyona axın
 
 İsrailin həftə sonu 25 fələstinlinin şəhid olmasına və 18 binanın dağılmasına səbəb olan Qəzzaya qarşı qətliamını "atəşkəs" qərarı ilə dayandırmasının arxasında, Təl-Əviv şəhərində keçiriləcək 64-cü Eurovision mahnı müsabiqəsi olduğu ortaya çıxıb.
Srağagün məşqləri başlayan və finalı 18 mayda keçiriləcək müsabiqə üçün 46 ölkədən yüzlərlə ölkə təmsilçisinin Təl-Əvivə gəldiyi, yenə 5 mindən çox əcnəbi qəzetin də yarışmanı izləmək üçün qeydiyyata alındığı ortaya çıxıb.
İsrailin Qəzzada atəşkəs qərarı almasının arxasındakı gerçək səbəbin də Təl-Əvivdə Eurovizyon məşqlərinin başlaması və Avropanın müxtəlif şəhərlərindən minlərlə insanın Eurovizyonu izləmək üçün gəlməsinin önünü açmaq üçün olduğu bildirilir.
Müxalifət.az