İsrailin törətdiyi qətliam üçün ARAŞDIRMA BAŞLADILDI

Baxış sayı:
7447

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Bensuda, Fələstin hökumətinin İsrailin qırğınlarına dair onlara təslim etdiyi işlə bağlı ön araşdırma başlanıldığını qeyd edib.
 
Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Fatou Bensuda, bu gün Fələstin hökumətinin İsrailin qırğınları ilə bağlı BCM-yə təqdim etdiyi qətliam dosye məsələsində məhkəmə sədrini məlumatlandırdığını açıqlayıb.
BCM prokuroru Bensuda, etdiyi yazılı açıqlamada, 2015-ci ildə Fələstindəki vəziyyətə qarşı istintaq açılması üçün ön araşdırma başlanıldığını qeyd edərək, "Ofisim keçirilən ön araşdırmada mühüm yol keçib və eyni şəkildə davam edəcəkdir" deyib.
Bensuda, "Daha əvvəl açılan ön araşdırmada işlənən cinayətlər haqqında verilən məlumatların kim tərəfindən çatdırıldığı önəmli deyil. Hər bir halda ofisim əldə edilən məlumatı müstəqil istifadə edib, təhlil edəcəkdir" deyə, bildirib.
Təqdim edilən bir dosye və ya edilən bir müraciətin birbaşa tədqiqat başladılması mənasına gəlmədiyini qeyd edən Bensuda, açıqlamasında, "Amma əgər təqdim edilən dosyedə araşdırma dəyəri daşıyan göstəricilər görsəm, araşdırma başlanılmasına qərarı mən verəcəyəm. O zaman araşdırma açılması üçün prokurorun məhkəmədən icazə almasına ehtiyac qalmaz" deyə, söyləyib.
 Bensuda bu barədə və digər məsələlərdə hər zaman ona verilən səlahiyyətə görə qərar verəcəyi mövzusunda şübhə duyulmaması gərəkdiyini qeyd edib.
Qeyd edək ki, Fələstin xarici işlər naziri Riyad əl-Maliki bu gün BCM-yə, qanunsuz Yəhudi yaşayış məntəqələri və müharibə cinayəti törədən İsraillilər ilə bağlı dosye təqdim edib.
İsrailli əsgərlərin, ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsinə etiraz edən Fələstinlilərə atəş açması nəticəsində 65 nəfər şəhid olub, minlərlə Fələstinli yaralanıb.

Müxalifət.az