İsrailin “Şimal Qalxanı” əməliyyatı kimi qoruyur?

Baxış sayı:
5383

İsrail ordusunun "Hizbullaha məxsus tunellər" olduğu iddiasıyla Livan sərhədində başladığı "Şimal Qalxanı" hərbi əməliyyatı zaman keçdikcə “Əməliyyat kimi qoruyur” deyə bəzi suallar ortaya çıxarıb.
 
İsraildəki siyasi müxaliflər Netanyahunun rüşvət və korrupsiya ittihamı ilə mühakimə olunması üçün çıxarılan tövsiyə qərarı kölgəsində seçkilərin erkən tarixdə keçirilməsinə çağırıb.
Müxalifətdəki Sionist Birlik blokunun lideri Tzipi Livni, sözügedən əməliyyatı, "Netanyahu seçkiləri təxirə salmaq üçün bir səbəb axtarır, “Şimal əməliyyatını” (əsas olaraq) istifadə edə bilər" deyə bildirib.
Müxalif Sionist Düşərgə Partiyasının deputatı Yoel Hasson, Twitter hesabından apardığı bölgüdə Parlamentin Xarici İşlər və Təhlükəsizlik Komitəsinə əməliyyata dair arqumentləri dinləmək üçün Netanyahunun da iştirak edəcəyi fövqəladə bir iclas keçirilməsi çağırışı edib.
““Şimal Qalxanı” ölkənin şimalınımi, yoxsa Netanyahunumu qoruyur" sualına yönəldən Hasson, Parlament Xarici İşlər və Təhlükəsizlik Komitəsinin açıq toplantısının keçirilməsini tələb edib.
Hasson İsrail polisinin baş nazir Netanyahunun rüşvət və korrupsiya ittihamı ilə mühakimə olunması üçün tövsiyə qərarı çıxarmasına diqqəti çəkərək, "Əsas sual, əməliyyat və vaxt seçiminin təsadüfi olub, olmadığıdır” deyib.
Qeyd edək ki, bəzi İsrail mətbuat orqanlarında ordunun Livan sərhədində tunellər olduğunu bir neçə aydır ki, bildiyi istiqamətində xəbərlər dərc olunub. Bu yöndə keçmiş müdafiə naziri Libermanın da bir neçə ay öncə verdiyi açıqlamalar mövcuddur.
Müxalifət.az