İsrailin imdadına İŞİD terrorçuları yetişdi! Yeni hədəfləri Qəzzadır! - “Həmas”a hücum edəcəyik”

Baxış sayı:
4606

Hurriyyet.org xəbər verir ki, İŞİD-in Misirin Səna yarımadasında fəaliyyət göstərən qolu 22 dəqiqəlik bir video yayaraq, mərkəzi Fələstində, Qəzzada yerləşən “Hamas” təşkilatına müharibə elan edib.
 
İsrailin imdadına yetişdilər: “Həmas”ı vuracağıq”
 
Yaydıqları videoda “Həmas” ilə əməkdaşlıq etdiyini iddia elədikləri bir insanı edam elədiklərini göstərən İŞİD üzvləri öz dəstəkçilərinə Qəzzada “Həmas”a hücum eləmək əmri veriblər.
 
“Məhkəmələrini və təhlükəsizlik bölgələrini bombalayın”
 
“Vaşinqton Post” qəzetinin yazdığına görə, mərkəzi ABŞ-da yerləşən SİTE agent qrupunun tərcümə elədiyi video. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan elədiyi təsvirlərlə başlanır. 
Ardından İŞİD-in Qəzzadakı İŞİD üzvlərinə qarşı əməliyyatlar və Tramın Qüds qərarının qarşısını ala bilmədiyi üçün “Həmas”a qarşı müharibəyə başladığı elan edilir.
 
Öz adlarını “Həmas”a qoydular
 
Videoda “Həmas” “kafir Qərbin ardınca getməkdə” ittiham edilir, əlində bıçaq olan bir İŞİD üzvü deyir: “Onlara qətiyyən təslim olmayın. Partlayıcı, səssiz tapança və yapışqanlı bombalardan istifadə edin. Məhkəmələrini, təhlükəsizlik bölgələrini bombalayın”. 
“Həmas” təşkilatının hərbi qüvvələri ilə əməkdaşlıq eləməkdə ittiham edilən bir insan isə “Həmas”dan çıxdığı iddia edilən bir İŞİD üzvü tərəfindən edam edilir.