​İsrailin iki dronu fələstinlilərin əlinə keçdi

Baxış sayı:
5707

İsrail ordusu Qəzza zolağı ilə sərhəddə fələstinlilərin etiraz aksiyasını havadan müşahidə edən iki hərbi pilotsuz uçan aparatını itirib.
Muxalifet.az xəbər verir ki, bu haqda İsrail hərbi komandanlığının mətbuat xidməti məlumat yayıb.
İsrail müdafiə nazirliyi anklavın hüdudlarında yerə çırpılan dronların qəza səbəbini açıqlamır.
“İğtişaşlar zamanı müşahidə missiyasını yerinə yetirən, iki pilotsuz uçan aparat Qəzza zolağına düşüb”, - deyə məlumatda qeyd olunur.
İnsidentin təfərrüatı barədə məlumat yoxdur.