İsrailin bölgə və TÜRKİYƏ PLANI

 İraq Türkmən Cəbhəsinin lideri və Kərkük deputatı Ərşad Salehi İsrailin Türkiyəyə dair planlarını açıqlayıb.
 
Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat dərc edib.
IKBY-nin 25 sentyabrda keçirdiyi referenduma Türkiyə, o cümlədən regional aktyorlardan sərt reaksiyalar, mübahisələr davam edir. Bəs, regionda nələr baş verir. Məqsəd və nizam nədir? İraq Türkmən Cəbhəsinin lideri və Kərkük deputatı Ərşad Salehi “Axşam” qəzetinin suallarını cavablandırıb.
 
 "İSRAİLİN BÖLGƏDƏ BÖYÜK LAYİHƏLƏRİ VAR"
 
 Bu bir teatrdırsa, aktyorlar bəllidir və o aktyorlar oyunu çox gözəl yerinə yetiriblər. Təəssüf ki, hər kəs bunu yeni quruluş kimi qəbul etdi. Hazırda bu bölgədə İsrailin böyük layihəsi var. Xüsusilə də Suriyanı parçalamaq. Bununla yanaşı, Səudiyyə Ərəbistanında Katif bölgəsi var. Katif bir Şiə ərazisidir. Orada bəzi problemlər yaşandı. Şiə-Sünni problemi yaratdılar, orada da. Məqsəd budur ki, bundan sonra gizli xidmətlər imkan daxilində ora gələcəklər. Və yenə o xidmətlər orada Şiə zonasından Məkkəyə, Mədinəyə, Krallığa qarşı istifadə edəcəklər.
 
 "O QÜVVƏ TÜRKİYƏ VƏ İRANI PARÇALAMAQ İSTƏYİR"
 
İsrail Türkiyə və İranı içəridən parçalamaq istəyir. İranda kimlər var? Ərəblər, Türklər, Kürdlər var, hər şey var orada. İsrail bəlkə də İranın yanında da ola bilər. Bu kimi məsələləri çox diqqətli müşahidə etmək lazımdır. Xüsusilə də niyyət anlaşılınca hər kəs bunları nəzərə aldı, amma daha əvvəl olmalıydı bunlar.
  İndi Suriyada PKK/YPG-nin bölgəsini hazırlayan gizli xidmətlər İraqın da içində Kürd Bölgəsi hazırlayır. Gələcəkdə İranın da, 15 il sonra Türkiyənin də içində bunu etmək istəyəcəklər. Biz bunları görürük, müşahidə edirik nə baş verir…
 
 "ABŞ YPG-yə "SƏN GƏL AL BURANI" Deyir"
 
 Telebyad Suriyanın Türkmən ərazisidir. Nə oldu orada? Oraya İŞİD gətirdilər, Türkmənləri çıxardılar və Türkiyəyə qovdular. Sünni Ərəbləri çıxardılar Rakkaya qovdular. Sonra ABŞ oranı bombaladı və YPG-yə dedi ki, "sən gəl buranı al”. YPG gəlib oranı aldı. Artıq Telebyad bir PKK bölgəsi oldu. Bunlar müəyyən bir cızılmış layihə altında baş verir. Eynisi İraqda,  bizim bölgələrimizdə oldu.
 
Müxalifət.az