İsraildən YPG terrorçularına HAVADAN DƏSTƏK ÇAĞIRIŞI

Baxış sayı:
5884

Türk əsgərinin üst-üstə zərbələr vurduğu YPG-li terrorçular üçün Amerika və İsrail hava dəstəyi təmin etməyi planlaşdırır.
 
Türkiyənin sərhədindən tamamilə təmizlənən terrorçulara son zərbələrin vurulması üçün hazırlıqlar sürərkən, İsraildə nəşr edilən “The Jerusalem Post” qəzetində çıxan yazı, Amerika və İsrailin planlarını da aşkara çıxarıb.
Rachel Avrahamın imzası ilə çıxan xəbərdə, Afrində YPG-li terrorçuların ağır zərbələr aldığı ifadə edilib.
 
HAVA DƏSTƏYİ İLƏ CƏSARƏTLƏNDİRƏRİK
 
İrandan Ağdənizə açılacaq yolun bağlanması üçün Türkiyəyə rəğmən YPG-nin dəstəklənə biləcəyini bildirən Avraham, "Əgər İsrail və ABŞ hava dəstəyi ilə bölgədəkiləri cəsarətləndirə bilərsə, regiondakı status-kvo həm Amerika, həm də İsrailin xeyirini dəyişə bilər" deyə, yazıb.
Müxalifət.az