İsraildən Trampa “İran” təşəkkürü

Baxış sayı:
4207

İsrailin müdafiə naziri Aviqdor Liberman, ABŞ-ın İrana qarşı yeni embarqo tətbiq etmək qərarına görə, president  Donald Trampa təşəkkür edib.
 
Liberman, Twitter hesabından yaydığı mesajda, bu gün etibarilə ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinə münasibət bildirib.
Prezident Trampın İrana qarşı qəbul etdiyi sanksiya qərarını "cəsur" addım kimi qiymətləndirən Liberman, "Yaxın Şərqin bu qərarı gözlədiyini" irəli sürüb.
Liberman, həmçinin İrana tətbiq olunmağa başlanan sanksiyaya görə, Trampa təşəkkür etməyi də unutmayıb: "ABŞ tək bir hərəkətlə İranın Suriya, Livan, Qəzza, İraq və Yəmənə yerləşməsinə böyük zərbə vurdu. Prezident Tramp, yenə edəcəyini etdin".
İsrailin baş naziri Binyamin Netanyahu da ötən həftə verdiyi bəyanatda ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci hissəsinə görə, Trampa təşəkkür etmişdi.
 Müxalifət.az