İsraildən TƏHLÜKƏLİ OYUN

Baxış sayı:
4633

ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi və 62 Fələstinlinin qətlə yetirilməsinə təpki göstərən Türkiyəyə qarşı erməni və kürd kartını oynamağa hazırlaşan İsrail, 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması və "Kürd xalqının müstəqilliyinin tanındığı" bir layihə üzərində işləməyə başlayıb.
 
İsrailli siyasətçilər, ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi və İsrail təhlükəsizlik qüvvələrinin Qəzza sərhədində dinc aksiyalar keçirən 62 Fələstinlini ABŞ-ın Qüds səfirliyini açdığı gün qətl etməsinə reaksiya göstərən Türkiyəyə qarşı erməni və kürd kartını oynamağa hazırlaşır.
İsrail Parlamenti Knesset, 1915-ci il hadisələri zamanı ermənilərin öldürülməsinin “soyqırım” kimi tanınması məsələsinin parlamentin gündəliyinə salınmasını qərara alıb. Sol meylli Merez Partiyasının sədri Tamar Sandbergın parlamentə bu barədə təqdim etdiyi təklif, çərşənbə günü 120 deputatdan yalnız 16-sının iştirak etdiyi bir iclasda səsverməyə çıxarılaraq qəbul edilib. Təklifin nə zaman baş assambleyada müzakirə ediləcəyi isə qeyri-müəyyəndir.
 
KÜRD MÜSTƏQİLLİYİ LAYİHƏSİ HAZIRLANIR
 
İsrailli radikal sağçı millət vəkillərinin, "Kürd xalqının müstəqilliyinin tanındığı" bir başqa layihə üzərində işləməyə başladığı da bildirilir.
“Habertürk” qəzetinin xəbərinə görə, Knessetin sağ blokuna üzv olan və qanun layihəsinin aparıcılarından Oded Forer, "Kürd xalqı illərdir əziyyət çəkir. Türk hökumətinin və Ərdoğanın son həftələrdə İsrailə qarşı tutduğu mövqe, İsrail ilə Türkiyə arasındakı münasibətlərin nəzərdən keçirilməsini tələb edir. İsrail, Türkiyədəki Kürd bölgəsinin müstəqilliyini tanıyaraq bir katalizator vəzifəsini görməlidir" deyib.
Təşəbbüslər, Ankarada narazılıqla qarşılanıb. “Habertürk”ə danışan mənbələr, İsrailin adla oynadığını deyiblər. İsrailin Qüds və Qəzza qətliamına sərt reaksiya göstərib, İsrailli diplomatları ölkələrinə göndərməsindən sonra "siyasi təzyiq" axtarışında olduğunu dilə gətirən mənbələr, erməni və kürd layihələrinə İsrail Xarici İşlər Nazirliyinin etiraz etmədiyinə də diqqət çəkib.
Müxalifət.az