​İSRAİLDƏN ŞOK XƏBƏRDARLIQ: “S-300”-ləri məhv edəcəyik”

Baxış sayı:
6238

Rusiyanın “S-300” sistemlərini Suriyada yerləşdirməsi böyük bir xəta idi və bu raketlərin suriyalılara təslim edilməsi təhlükəli addımdır.
Bunu Rusiya KİV-ə açıqlamasında İsrailin Qüds və miras naziri Zeev Elkin deyib.
Nazir Suriyanın “S-300” sistemlərinin İsrailin mülki hədəflərini yox etmək üçün istifadə ediləcəyini və belə bir hücum olacağı halda, İsrailin bu sistemləri məhv edəcəyini vurğulayıb:
“Suriya hərbi qüvvələri ona təslim edilən hərbi texnikadan peşəkarlıqla istifadə edə bilmir və buna görə də mülki insanları hədəf ala bilər”.
Zeev Elkin çıxışına bu sözləri də əlavə edib: “İsrail öz ərazilərinə müdaxilə olacağı təqdirdə, beynəlxalq təşkilatlar vasitəsilə hərəkətə keçməyəcək. Ən qısa vaxtda əməliyyatlar keçiriləcək və bu əməliyyatlar cavab xarakteri daşıyacaq”.
Qeyd edək ki, Rusiya Suriyada “Il-20” qırıcısının vurulmasından sonra bu ölkəyə “S-300” zenith-raket kompleksləri göndərib.