İsraildən İrana “müharibə” təhdidi

Baxış sayı:
4963

İsrailin Xarici İşlər naziri Yisrael Katz zənginləşdirilmiş uran limitini aşdığını açıqlayan İrana təpki verərək etdiyi "səhvlərin" Tehranı müharibəyə apara biləcəyini söyləyib.
 
İsrailin ordu radiosuna açıqlama verən Katz, İranın zənginləşdirilmiş uran limitini aşma qərarının Avropa üçün bir "xəbərdarlıq siqnalı" olduğunu irəli sürüb. Katz, "İran pələngini bəsləmək, problemi həll etməyə yardımçı olmayacaq. Sərt siyasətlər və sanksiyalarla yanaşı, ABŞ-ın İrana qarşı siyasəti dəstəklənirsə, qısa müddətdə bu pələngin kağızdan olduğu ortaya çıxacaq" deyib.
İsrailin təkbaşına hərəkət etmək məcburiyyətində olsa belə, İranın nüvə silah sahibi olmasına icazə verməyəcəyini söyləyən Katz, "Boz bölgədə etdiyi səhvlər İranı qırmızı bölgəyə, yəni ağır zərbə alacağı müharibəyə apara bilər" deyə söyləyib.
Qeyd edək ki, Tehran rəhbərliyi dünən zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında ifadə edilən 300 kiloqram anbar limitini aşdığını bəyan etmişdi.
İranın “Fars” agentliyinin xəbərində, Tehran rəhbərliyinin 3,67 zənginləşdirilmiş uran səviyyəsini nüvə razılaşmasında müəyyən olunan 300 kiloqram anbar limitini aşdığı yer almışdı.
Müxalifət.az