İsraildən HƏMAS-a xəbərdarlıq: Hərbi əməliyyat...

Baxış sayı:
2134

Seçkilərin yaxınlaşmasına baxmayaraq, İsrail Qəzza zolağı ilə sərhədindəki sabitliyi hərbi əməliyyatlar vasitəsilə də olsa qorumağa hazırdır.
Muxalifet.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib.
“Son vaxtlar biz Qəzza zolağının o tayından təxribatlar, qalxan başları müşahidə edirik. Bunu nəzarətsiz qruplaşmalar edir, amma Qəzza zolağında baş verənlər HƏMAS-ı məsuliyyətdən azad etmir”, - Netanyahu bildirib.