İsraildən ETİRAF: “PKK İsrailin xarici siyasətinə xidmət edir”

Yair Golan: “PKK bizim üçün terrorçu təşkilat deyil”
 
“PKK bizim üçün terrorçu təşkilat deyil və İsrailin xarici siyasətinə xidmət edir”.
"Haber7" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahı rəisinin müavini Yair Golan ötən gün ABŞ paytaxtı Vaşinqtonda Yaxın Şərq Araşdırma İnstitutunda keçirilən toplantıda bildirib.
O, sentyabrın 25-də İraqın şimalında kürdlərin idarə etdiyi bölgədə keçirilməsi nəzərdə tutulan referenduma da toxunub. Y.Golan deyib ki, tütün kürdlərin iştirakı ilə Böyük Kürdüstan qurulmalıdır.
Qeyd edək ki, Türkiyə və İran bu referenduma qarşı olduqlarını və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.