İsraildən etiraf: “Misirdə Mursini devirib, Sisini hakimiyyətə gətirdik”

Baxış sayı:
9523

Keçirilən demokratik seçkilərin sonunda Misirin prezidentliyinə seçilən Müsəlman Qardaşlarının lideri Məhəmməd Mursinin qanlı bir çevrilişlə Sisi tərəfindən devrilməsində, İsrailin barmağı olduğu ortaya çıxıb. İsrail ordusundan təqaüdə çıxmış keçmiş general professor Aryeh Eldad, İsrailin Məhəmməd Mursini devirmək səylərini qəbul edərək, "Mursini devirib, yerinə Sisini gətirmək üçün çalışdıq" deyib.
 
Professor Aryeh Eldad Misirdə Hüsni Mübarəkin devrilməsinə yol açan 25 yanvar inqilabının baş verməsindən sonra keçirilən seçkilərdə prezidentliyə seçilən Müsəlman Qardaşlarının lideri Məhəmməd Mursinin İsraillə sülh razılaşmasını ləğv etmək və Sina Yarımadasına daha çox Misir hərbi qüvvələrini göndərmək istədiyi istiqamətindəki açıqlamaları, İsraili hərəkətə keçirdiyini bildirib.
 
Keçmiş prezident Obamaya inandırma turu
 
 Mursinin açıqlamalarından sonra İsrailin Sisini Misirdə hakimiyyətə gətirmək üçün diplomatiyanı hərəkətə keçirdiyini qeyd edən professor Aryeh Eldad, ABŞ prezidenti Barak Obamanın da bu fikrə qarşı çıxmaması üçün inandırma turlarına başlandığını deyib.
 
İsrail ilə Sisi çiyin-çiyinə!
 
 Kemp-Devid Müqaviləsinin Misirlilər ilə İsrail arasında həqiqi sülh gətirmədiyini bildirən professor Aryeh Eldad, Fələstin-İsrail münaqişəsinin illərdir sürdüyünü diqqəti çəkərək bunları deyib:
“Kemp-Devid Müqaviləsinin 40-ci ildönümü xatirəsinə bağlı olaraq Alman sualtı gəmilərinin Misirə satışının İsrail tərəfindən icazə verildiyini ortaya çıxmasından sonra İsrail ictimaiyyətində şiddətli mübahisələr gedir. Bu hadisə Sisiyə verilən dəstəyin göstəricisidir. Kemp-Devid müqaviləsindən qırx il sonra İsrail ilə Sisi çiyin-çiyinə birlikdə hərəkət edirlər. 1979-da Kemp -Devid Müqaviləsinin imzalanmasından qırx il sonra Misirlə quruculuq sülh müqaviləsinin nə qədər faydalı olduğu haqda danışmağın erkən olduğunu və bu müqavilədən gözləntilərin əksinə, müqavilənin davam etmədiyini, ancaq Sina yarımadasından çəkilməsəydik Misir ilə real bir sülh olmazdı".
Müxalifət.az