​İsraildən böyük əməliyyat: İran casusları ələ keçdi

Baxış sayı:
2173

İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən İran casuslarını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Haarets” qəzeti yayıb. Qəzet əməliyyat nəticəsində 3 fələstinlinin həbs edildiyini yazıb. Həbs olunanlar arasında 29 yaşlı kompüter mühəndisi Məhəmməd Maxarmexa da olub. İran kəşfiyyatının bu şəxsi Cənubi Afrika Respublikasındakı qohumu vasitəsilə 2015-ci ildə təsir dairəsinə saldığı vurğulanıb.