​İsraildən açıq TƏHDİD: “Hazır olun, vuracağıq!”

Baxış sayı:
2622

“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib.
O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.
“Araşdırmanın nəticəsində cümə günü atılan raketin ötən il noyabrın 30-da “İslami Cihad” tərəfindən Qəzzanın şimalından atılan raketlərə bənzədiyi məlum olub. Bu, eyni zamanda Həmasın “İslami Cihadı” nəzarət altında saxlamaqda nə qədər çətinliklə qarşılaşdığını göstərir”, - İsrail ordusunun sözçüsü qeyd edib.
Qeyd edək ki, İsrail ordusu dekabrın 29-da Qəzzadan atılan 3 raketdən 2-sini “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirib. Üçüncü raketlə bağlı məlumat verilməyib.
Raket hücumuna görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.