İsraildə koronavirusa yoluxanların sayı 250 nəfərə çatdı - MÜƏSSİSƏLƏR BAĞLANDI

Baxış sayı:
3571

İsrailin Səhiyyə Nazirliyi ölkədə yeni tipli koronavirusa yoluxanların sayının 250 nəfərə çatdığını bildirib.  Xəstələrdən 5-nin vəziyyəti ağırdır. 4 nəfər isə xəstəlikdən sağalıb.

Ölkədə koronavirusa qarşı tədbirlər çərçivəsində bağçalardan başqa, bütün təhsil müəssisələrində dərslər dayandırılıb, qapalı və açıq sahələrdə 100 nəfərdən artıq insanın iştirak edəcəyi tədbirlər qadağan edilib.

Market, aprek, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla, bir çox ticarət müəssisələrinin də dünəndən etibarən bağladılması qərara alınıb./Hurriyyet.org