İsraildə gərgin anlar! - TƏCİLİ İCLAS ÇAĞIRILDI

Baxış sayı:
6259

Qəzza Zolağından İsrailin paytaxtı Təl-Əvivə iki ədəd raket atılıb. İsrail ordusundan edilən yazılı açıqlamada, Qəzzadan Təl-Əvivə iki raket atılması ilə şəhərdəki həyəcan vəziyyətinin dövrəyə girdiyi bildirilib.
 
İsrail mətbuatında yer alan xəbərlərdə, sözügedən raketlərdən birinin hava müdafiə sistemi "Dəmir Günbəz" tərəfindən havada məhv edildiyi, digərinin isə Təl-Əviv yaxınlığındakı boş əraziyə düşdüyü ifadə edilib.
 
NETANYAHU TƏCİLİ TOPLANTIYA ÇAĞIRIB
 
 İsrailin baş naziri Binyamin Netanyahunun irəliləyən saatlarda Təl-Əvivdəki Baş Qərargah binasında təhlükəsizlik rəsmiləri ilə təcili bir toplantı edəcəyi qeyd edilib.
İsrail mətbuatı raketlərin Fələstin İslami Cihad Hərəkatı tərəfindən atıldığını iddia edərkən, Fələstinli müqavimət təşkilatlarından isə hər hansı bir açıqlama edilməyib.

Müxalifət.az