İsrail və ABŞ-a şok! Paraqvay Qüds qərarından imtina etdi

Baxış sayı:
6481

Amerika Birləşmiş Ştatlarının qalmaqal Qüds qərarından sonra Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarı verən Paraqvay geri addım atıb. Cənubi Amerika ölkəsi, Qüds səfirliyini Təl-Əvivə qaytaracağını bəyan edib.
 
Paraqvayən XİN rəhbəri Alberto Castiglioni, "Paraqvay, Orta Şərqdə geniş və ədalətli bir sülh yaratmaq üçün regional diplomatik səylərin artmasına kömək etmək istəyir" deyib.
 
İSRALDƏN CAVAB GƏLDİ
 
İsrailin baş naziri Binyamin Netanyahunun ofisi isə Paraqvayın qərarına cavab olaraq, ölkədəki İsrail səfirliyinin bağlanılacağını bildirib.
Qeyd edək ki, ABŞ-ın 14 mayda Qüds səfirliyinin açılışını etdikdən sonra Qvatemala 16 mayda, Paraqvay isə 21 mayda Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmüşdü.
Müxalifət.az