İsrail Suriyaya hücum etdi

Baxış sayı:
3655

Suriyadakı Bəşşar Əsəd rejimi İsrail döyüş təyyarələrinin Hamanın qərb qəsəbəsindəki Masyaf mahalındakı bir hərbi bazaya hava hücumu təşkil etdiyini bildirib.
 
Rejimin informasiya agentliyi “SANA” gecə saatlarında İsrailə aid döyüş təyyarələrinin Hamanın qərb qəsəbəsində Masyaf mahalındakı hərbi bazanı bömbaladığı məlumatını verib.
 
3 Əsəd əsgəri yaralanıb
 
 İsrail döyüş təyyarələrinin hücumu Livan hava məkanından həyata keçirdiyi bildirilən xəbərdə, hava bombardmanı nəticəsində maddi zərər dəydiyi və 3 rejim əsgərinin yaralandığı ifadə edilib.
Hava hücumuna dair İsrail rəsmiləri hələ ki, rəsmi bir açıqlama verməyib.
Yerli mənbələr isə təcavüzün Hamadaki İran qüvvələrinin yerləşdiyi bir silah anbarını hədəf aldığını bildirib.
Qeyd edək ki, Təl-Əviv rəhbərliyi Suriya daxilində İran və Hizbullah hədəflərini indiyə qədər bir çox dəfə hədəf almışdı. İsrail ordusu son olaraq Hələbdə İran qüvvələrinin yerləşdiyi Şeyx Neccara raket hücumu təşkil etmişdi.
Müxalifət.az