İsrail Rusiyanı Suriyaya S-300 verməkdən çəkinməyə çağırıb – «Yeni risklər yaradacaq»

Baxış sayı:
4201

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail Rusiyanı Suriyaya S-300 kompleksləri verməkdən çəkinməyə çağırıb.
«Belə addım bölgədə yeni risklər yaradacaq» – deyə, İsrailin Baş naziri Binyamin Netenyahu Prezident Vladimir Putinlə telefon danışığı zamanı bildirib. Netenyahu qeyd edib ki, Yerusəlim Rusiyanın kəşfiyyat təyyarəsinin vurulmasında məsuliyyəti öz üzərinə götürmür.
Putin də öz növbəsində, Dəməşqə S-300-lərin venilməsi barədəki qərarın adekvat olduğunu bildirib. O, xatırladıb ki, Rusiya müdafiə nazrliyinin (MN) məlumatına görə, Suriya raketinin Rusiya təyyarəsini vurmasının günahı məhz İsrail hərbi-hava qüvvələrinin (HHQ) üzərinə düşür.
Moskva Suriyaya S-300-lərin verilməsinin ABŞ rəhbərliyi tərəfindən tənqid olunmasını əsassız sayır və qeyd edir ki, qərar detallı analizin nəticəsində qəbul olunub. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabovun sözlərinə görə, Moskvanın bu addımı gərginliyin artmasına gətirib çıxartmayacaq.
Bundan əvvəl, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Rusiyanın Suriyaya S-300 kompleksləri göndərmək barədə qərarını səhv adlandırıb.