​İsrail ordusundan vurulan Rusiya təyyarəsi haqda AÇIQLAMA

Baxış sayı:
5368

“Rus əsgərlərinin ölümünə görə kədərliyik. Amma Rusiya təyyarəsinin vurulmasının günahkarı Bəşər Əsəd, İran və Hizbullahdır”.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, İsrail ordusunun yaydığı bəyanatda belə deyilir.
Qeyd edək ki, sentyabrın 17-də Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyanın Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi sahillərindən 35 kilometr məsafədə təyyarə ilə əlaqə kəsilib. RF Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarə İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində vurulub. Rusiyanın 15 hərbi qulluqçusu həlak olub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı hadisəyə görə günahkarın İsrail olduğunu və Rusiyanın İsrailə qarşı cavab addımları atmaq hüququnu özündə saxladığını bildirib.