​İsrail ordusunda SOK istefalar: etnik azlıqlar ayrılır...

Baxış sayı:
2794

İsrail ordusunda gərginlik yaşanır.
Muxalifet.az xəbər verir ki, İsrail dövlətinə sədaqətlə xidmət edən və orduda azsaylı azlıqlardan olan druzilər hərbi xidmətdən boyun qaçırmağa başlayıblar. Hətta orduda daimi xidmət edənlər istefaya çıxır. Onlar İsrail parlamentinin bu yaxınlarda qəbul etdiyi "Yəhudi milli dövlət qanunu"na etirazlarını bildirmək üçün sözügedən addımı atıblar.
Druzilərdən başqa, bədəvi və digər azlıqların da analoji addım atacağı istisna edilmir.
Qeyd edək ki, İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.