“İsrail məhkəmələrini və qərarlarını tanımırıq” – Qüdsdən açıqlama

Baxış sayı:
25300

 Qüds İslami Fondlar Şurasının sədri Şeyx Abdulazim Selheb Məscid-i Aksa-nın Rəhmət Qapısının yenidən bağlanması üçün onlara bir həftə möhlət verən İsrail məhkəməsinə cavab olaraq “Şura olaraq İsrail məhkəmələrini və qərarlarını tanımırıq” deyib.
 
Şeyx Selheb şura üzvləri ilə işğal olunmuş Şərqi Qüdsdə keçirilən fövqəladə toplantıdan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Məscid-i Aksa bəşəri qanunların tətbiq olunacağı bir yer deyil. O ilahi qərarla tikilmiş məsciddir" deyib.
 Allahın Məscid-i Aksa-nı "məscid" adlandırdığını, yalnız Müsəlmanlara aid olduğunu və şərtlər nə olursa olsun, Yəhudilərin Məscid-i Aksa ilə bir əlaqələrinin olmadığını vurğulayan Şeyx Selheb, "Biz Məscid-i Aksanın qoruyucularıyıq və Rəhmət Qapısı da Hərəmi Şərifin bir hissəsi kimi ibadət edənlər üçün açıq olacaqdır" deyib.
Rəhmət Qapısındakı məscidin bərpaya ehtiyacı olduğuna işarə edən Şeyx Selheb, İsrail polisinə "bərpa üçün lazımi materialların gətirilməsinə maneə törətməməsinə" çağırıb.
Şeyx Selheb həmçinin, İsrail polisindən daha əvvəl verdiyi "Məscid-i Aksa-dan uzaqlaşdırma cəzalarının hamısını ləğv olunmasını istəyərək, sözügedən məhdudiyyətlərin ibadət yerlərinə sərbəst getmək azadlığına zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailli radikal sağçı aktivistlər də dünən İsrail hökumətinə işğal altındakı Şərqi Qüdsdə olan "Məscid-i Aksa-da sinaqoq inşa etmə və Yəhudilərin ibadətinə açmaq" çağırışı etmişdi.
Müxalifət.az