İsrail Livanı MÜHARİBƏ İLƏ TƏHDİD ETDİ

Baxış sayı:
3723

İsrailin kəşfiyyat naziri Katz, İranın Livanda raket kompleksi inşa etdiyini iddia edərək hərbi əməliyyatla buna əngəl olacaqlarını bildirib.
 
Səudiyyə Ərəbistanının Varis Şahzadəsi Məhəmməd bin Salmanı ölkəsinə dəvət etməklə gündəm olan İsrail kəşfiyyat naziri Yisrael Katz, İranın Livanda raket kompleksi inşa etdiyini irəli sürərək həmin yeri vuracaqlarını elan edib.
 
TƏHDİDLƏR SOVURDU
 
Səudiyyə Ərəbistanının online xəbər portalı “Elapha”İsrailin kəşfiyyat şefi Katzın, "İranın Livanda müasir raket kompleksi inşa etdiyini bilirik və bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu, bizim qırmızı xəttimizdir. Hər nə bahasına olursa, olsun, buna imkan verməyəcəyik" deyə, söylədiyi fikirləri yayınlayıb.
 
SURİYANI MİSAL ÇƏKDİ
 
Kəşfiyyat naziri Katz, İranın regionda nələr etdiyini çox yaxşı bildiklərini də deyib: "Bəli, hərbi müdaxilə ilə girib, onlara mane olacağıq, eynilə Suriyada olduğu kimi. Çox daha geniş və güclü bir hücum olacaq. Bu dəfə bütün Livan hədəf alınacaq".
 
LİVANI DAŞ DÖVRÜNƏ QAYTARACAĞIQ
 
Katz-la müsahibədə İsrailin 2006-dakı müharibədə Hizbullaha qarşı uduzaraq, Livandan geri çəkilmək məcburiyyətində qalması da gündəmə gəlib. 11 il əvvəl baş verənləri bir ziyafətlə müqayisə edən Katz, "Sizə deyirəm, Livanı daş dövrünə qaytaracağıq" deyə, söyləyib.
İsrailin regiondakı bütün əməliyyatlarının arxasında olan Katz, Livana sovurduğu təhdidlərdən sonra ölkəsinin müharibə istəmədiyini də deyib.
Müxalifət.az